Gələn ildən Çinə bir sıra qida məhsullarının ixracı dayandırıla bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara gələn ildən etibarən Çinə bir sıra qida məhsullarının ixracına icazə veriməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sahibkarlara müraciətdə qeyd edilib ki, Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin 2021-ci il 13 aprel tarixli 248 nömrəli Qərarı ilə təsdiq edilmiş “Digər ölkələrdən idxal edilən qida məhsulları istehsalçılarının qeydiyyatı və idarəedilməsi üzrə Çin Xalq Respublikasının Qaydaları”na görə, 2022-ci il 1 yanvar tarixindən ÇXR-ə ixrac məqsədilə 18 məhsul kateqoriyasına (siyahısı əlavə olunur) aid məhsulları istehsal və ya emal edən, yaxud belə məhsulların saxlanması ilə məşğul olan bütün müəssisələrin Çin Baş Gömrük İdarəsində qeydiyyatdan keçməsi tələb olunacaq. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməyən müəssisələr tərəfindən ÇXR-ə qida məhsullarının ixracına icazə verilməyəcək.

Yeni Qaydalara əsasən, digər dövlətlərdən ÇXR-ə məhsul ixrac etmək üçün müəssisələr Çin Baş Gömrük İdarəsində qeydiyyata düşmək məqsədilə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumuna (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə) müraciət etməlidir. İxracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən müəssisələrin qiymətləndirilməsi həyata keçirilməli və tələblərə tam cavab verdiyi halda ÇXR-in müvafiq qurumuna həmin müəssisələrin qeydiyyata alınması məqsədilə müraciət ünvanlanmalıdır. Belə müəssisələrin ÇXR-in müvafiq sistemində qeydiyyatının aparılması üçün ÇXR-in səlahiyyətli qurumları tərəfindən araşdırmalar və yerində yoxlamalar həyata keçirilə bilər. Yuxarıda qeyd edilən prosedurlardan sonra məqsədəuyğun hesab olunduğu təqdirdə müəssisə ÇXR-in səlahiyyətli qurumu tərəfindən qeydiyyata alınacaq və məhsulun idxalına icazə veriləcək.

Bununla yanaşı, hazırda ÇXR-ə ixrac tarixçəsi olan müəssisələrə münasibətdə ilkin mərhələdə ixracatçı ölkənin müvafiq səlahiyyətli qurumu tərəfindən həmin müəssisələr barədə zəruri məlumatların təqdim edilməsi onların ixracı davam etdirməsi üçün yetərli olduğundan, Agentlik müvafiq məlumatları Çin tərəfinə təqdim etmişdir.                   

Eyni zamanda, siyahıda sadalanan məhsullardan fərqli qida məhsullarını ÇXR-ə ixrac etmək istəyən müəssisələr müstəqil şəkildə 2021-ci il 1 noyabr tarixindən etibarən yeni Qaydalara əsasən Çin Beynəlxalq Ticarət üzrə Vahid Pəncərə sistemi vasitəsilə www.singlewindow.cn saytında qeydiyyat üçün müraciət etməlidir.

İxracatçısı Çin Baş Gömrük İdarəsində qeydiyyata alınması tələb olunacaq məhsulların siyahısı burada təqdim edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma