“Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün “Rəqəmsal gələcəyə addım” adlı respublika müsabiqəsi təşkil ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaq, həmçinin, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.

Üç mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsi 3 gün ərzində onlayn formatda keçiriləcək və qeydiyyatdan keçmiş bütün şagirdlər “Rəqəmsal bacarıqlar” layihəsinin platformasında tapşırıqları həll edəcəklər.


Birinci mərhələnin tapşırıqlarını uğurla bitirən şagirdlər bir gün ərzində onlayn rejimdə keçiriləcək II mərhələyə buraxılacaqlar. Bu mərhələdə şagirdlərin proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını dəyərləndirmək üçün onlara müxtəlif tapşırıqlar veriləcək. Düzgün cavabların sayına və onların həllinə sərf olunan vaxta əsasən ən yüksək nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.

Müsabiqənin final mərhələsinə uğurla keçən şagirdlər komandalara bölünəcək. Finalda onlar əyani formada münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdirəcəklər.


Sonda müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma