Qarabağ müharibəsi haqda çəkilən “Fulya” filminin təqdimatı keçirilib

Oktyabrın 31-də pandemiya səbəbindən bir ildən artıqdır qapıları bağlı qalan  Nizami Kino Mərkəzində nəhayət ilk təqdimat – Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı baş tutub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və kino xadimləri iştirak edirdi. Ekran işinin yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları Fulya Öztürk və Halil Kahraman da təqdimata qatılıb.

44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmin rejissorları Tahir Əliyev və Aykut Taşkın, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.

Təqdimatdan əvvəl jurnalistlərə müsahibə verən Fulya Öztürk Vətən müharibəsində çəkilişləri yada salaraq operator Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdiklərini bildirdi: “Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu ölən və yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində o qətliamı heç zaman unutmayacağam”.

“Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov ekran işinin Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacağını qeyd etdi.

Filmin nümayişindən öncə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov giriş sözü ilə çıxış edərək qonaqları salamladı. Diqqətə çatdırdı ki, bu gün premyerası təşkil edilən “Fulya” filmi nazirliyin Vətən müharibəsi ilə əlaqədar elan etdiyi “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsində qalib olan layihələrdən biridir.

Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Fulya Öztürk çıxış edərək dedi: “Halil Kahramanla 44 günlük müharibə boyunca çiyin-çiyinə çalışdıq. İş həyatımda ilk dəfə Ermənistanın törətdiyi cinayətlərə şəxsən şahid oldum. Ermənistanın uşaq qatili olmasının sübutu kimi bu filmi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə və Gəncə hadisələrinin çəkilişlərindən hotelə qayıtdıqda Avropa və Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, biz göstərəcəyik. Amma Zəfər Günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Əsas qəhrəmanlar biz deyilik, bu Zəfəri bizə yaşadan qəhrəman şəhidlər, qazilər, Azərbaycan Ordusudur, şəhidlərin ailələridir”.

Sonra “Fulya” filmi nümayiş olundu. Filmdə 44 günlük Vətən müharibəsi günlərində  türkiyəli jurnalistin yaşadıqları və lentə aldıqları görüntülər montaj edilmədən əksini tapıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma