İşədüzəltmə agentlikləri işəgötürülənlərdən pul ala bilərmi? 

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Ölkədə fırıldaqçılıqla məşğul olan işədüzəltmə agentlikləri də mövcuddur.

TIME Trend-in verdiyi məlumata istinadən bildirir ki, belə işədüzəltmə agentliklərinin fəaliyyəti tam qanunla nəzərdə tutulmuş fəaliyyət deyil:

Belə ki, bəzi işədüzəltmə agentliklər işsiz insanların inamından istifadə edib dələduzluq edir. İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. İşədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul alınması deyə bir maddə yoxdur”.

O qeyd edib ki, xarici ölkələrdə işədüzəltmə agentliyi vətəndaşı işə düzəldəndən sonra işə düzələnlərdən yox, işə götürənlərdən faiz alır. Bu qanunla tənzimlənmiş formada həyata keçirilir:

“Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayının maaşının yarısın bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma