Dövlət rüsumlarının məbləğləri artırılır və yenilərinin tətbiqi təklif olunur

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsi məsələləri və səbəbləri müzakirə olunub.

TIME bildirir ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov qeyd edib ki, hazırda Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.

Onun sözlərinə əsasən, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən infilyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.

Nazir müavini bildirib ki, bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə nail olunub:

“Dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. İndiyə qədər bu rüsumlar dəfələrlə aşağı olub. Elə hal yoxdur ki, biz inflyasiya səviyyəsindən yüksək rüsum müəyyən edək”.

Azərbaycanda dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində büdcəyə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.

Belə ki, “Dövlət rüsumu haqqında” qanuna Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir.bununla bağlı dəyişiklik təklif olunub.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək:

  • Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda – mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
  • 3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
  • 4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Bununla yanaşı, Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi təklif olunub.

Rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün
– müxtəlif seriya – 1500 manatdan 2000 manata;
– eyni seriya – 2500 manatdan 3000 manata;

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün
– müxtəlif seriya – 1000 manatdan 1500 manata;
– eyni seriya: 1500 manatdan 2000 manata;

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün
– müxtəlif seriya: 500 manatdan 1000 manata;
– eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək. Hazırda isə bu rüsum 22 manat təşkil edir.

Eyni zamanda, Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşdirilməsi təklif olunub. Dəyişikliyə əsasən:

  • Bazar qiyməti 100 dollara qədər olduqda – 30 manat;
  • Bazar qiyməti 101 dollardan 200 dollara qədər olduqda – 50 manat;
  • Bazar qiyməti 201 dollardan 400 dollara qədər olduqda – 60 manat;
  • Bazar qiyməti 401 dollardan 700 dollara qədər olduqda – 70 manat;
  • Bazar qiyməti 701 dollardan 1000 dollara qədər olduqda – 100 manat;
  • Bazar qiyməti 1001 dollardan yuxarı olduqda – 150 manat dövlət rüsumu tutulacaq.

“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər sırasında yeni rüsumların tətbiqi nəzərdə tutulur:

  1. Azərbaycanda idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsi üçün 2000 manat məbləğində dövlət rüsumu.
  2. Azərbaycanda tikinti obyektinin istismarına icazənin verilməsi üçün dövlət rüsumu – 60 manat.
  3. Azərbaycanda dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu:
  • dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu 100 manat müəyyən edilir.
  • dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün 50 manat rüsum müəyyən ediləcək.

İclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda rüsumların əksəriyyəti 15 il bundan əvvəl müəyyən edilib. Hazırda Azərbaycanda hər bir vətəndaşın ödədiyi dövlət rüsumunun orta illik məbləği 35 manat təşkil edir ki, bu da vətəndaşın gəlirlərinin təqribən 0.5 faizini təşkil edir.

T.Mirkişili bildirib ki, bəzi ölkələrdə bu məbləğ 8 faizdən yuxarıdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma