Əmək və məşğulluq sahəsində xidmətlərin vahid e-platforma istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın vaxtlarda əmək və məşğulluq sahəsində bütün xidmətləri özündə birləşdirən “Əmək münasibətləri və məşğulluq” vahid e-platforması istifadəyə veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası çərçivəsində çıxışında qeyd edib.

Təbirdə qeyri-rəsmi məşğulluq probleminin həlli sahəsində Azərbaycanın təcrübəsinin Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən ən yaxşı təcrübə kimi və Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığı, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair kompleks Tədbirlər Planı təsdiq edildiyi bildirilib. Görülən kompleks tədbirlər  nəticəsində 2017-ci ildən əmək müqavilələrinin sayının 29 faiz artdığı diqqətə çatdırılıb. Sosial xidmətlər sektorunda şəffaflığı, operativliyi və rahatlığı təmin edən DOST layihəsi, “e-sosial” portalı, “Məşğulluq” altsistemi, onların sosial sahədə mühüm əhəmiyyəti barədə məlumat verilib. Bu ilin 9 ayında Nazirliyin e-xidmətlərinə 11,5 milyon, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə isə 104,9 milyondan çox müraciət edildiyi qeyd edilib.

İclasda MDB İcraiyyə Komitəsi və MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri tərəfindən sosial-əmək sahəsində əməkdaşlığın yekunları və qarşıda duran vəzifələr, aparılan sosial islahatlar, əhaliyə sosial xidmətlərin göstərilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi və s. mövzularda məruzə və təqdimatlar edilməsi, təcrübə mübadilələri aparılması nəzərdə tutulub.

Leave a Reply