Peşəkar mühasib sertifikatı almaq üçün imtahana qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qeydiyyat İmtahanın birinci mərhələsi üzrə 11 oktyabr – 07 noyabr tarixlərində, 2-ci mərhələsi üzrə 11 oktyabr – 14 noyabr tarixlərində aparılır.

İmtahanın 1-ci mərhələsi (mühasibat uçotu) 21 noyabr, 2-ci mərhələsi (qanunvericilik) isə 28 noyabr tarixlərində keçiriləcək.

Qeydiyyat DİM-in rəsmi internet səhifəsində 1-ci mərhələ üzrə bu link və 2-ci mərhələ üzrə bu link vasitəsi ilə aparılır.

İmtahanın hər bir mərhələsi ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün “Dövlət İmtahan Mərkəzi” ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün “Kommersiya və marketinq” sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsi ilə müraciət edilməlidir.

Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04

Müqavilə imzalanan zaman DİM-ə ödəniş ediləcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün,ay,il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim edilməlidir.  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma