Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
Bu gün eyni zamanda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.