“Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə start verilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi YARAT Müasir İncəsənət Məkanı ilə birgə təşkil olunan “Mədəni yenilənmə” adlı yeni multidistiplinar layihəyə start verir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək.

“Mədəni yenilənmə” layihəsini həm də bu çətin pandemiya dövründə incəsənət və elm xadimlərinin rolunu və əhəmiyyətini cəmiyyətə xatırlatmaq cəhdi kimi qiymətləndirmək olar.

Biz dünyanın hər bir yerində yaşayan soydaşlarımızla Azərbaycan auditoriyası  arasında möhkəm əlaqələrin qurulmasını son dərəcə vacib hesab edirik.

Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərsləri, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq.

Layihə çərçivəsində ilk qonaq teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov olacaq.

Tədbir Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında oktyabrın 28-də baş tutacaq, COVİD pasportun olması mütləqdir.

İştirakçı sayı məhduddur, qeydiyyat üçün: 050-246-92-92 telefon nömrəsinə müraciət etmək olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma