Kinematoqrafçılar İttifaqı “Azerbaijan Actors” platformasina maddi dəstək verib

Azərbaycan Kinematoqrafçılar İttifaqı aktyor seçimi üzrə rejissor Səbuhi Məmmədovun “Azerbaijan Actors” – Azərbaycan aktyorları üçün yeni platforma” layihəsinə maddi dəstək verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin məqsədi Azərbaycan aktyorlarının vahid internet resurslarında seçim (casting) mərhələsi zamanı təqdim və təmsil etməkdən ibarətdir.

S.Məmmədov deyir ki, teatrda çalışan aktyorlardan başqa, digər müstəqil fəaliyyət göstərən aktyorların, gənclərin və eləcə də İncəsənət Universitetinin tələbələrinin hər hansı bir kataloqu yoxdur və onlar hər hansı bir internet resurslarında kino sənayesində standartlara uyğun olaraq təqdim olunmurlar: “Bu aktyorların portfoliosu adlanan bir instrumentdir ki, burada şəkillərdir, videotəqdimatdır, aktyorlar haqqında olan məlumatlardır. Rejissorlar bu resurslara baxaraq həmin məlumatlar əsasında aktyorları seçə bilərlər”.

S.Məmmədov onu da bildirib ki, “Azerbaijan Actors Agency”nin təşəbbüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının texniki və maliyyə dəstəyilə artıq bu layihəyə başlamışıq: “İlkin mərhələdə müstəqil çalışan gənc aktyorların, tələbələrin portfoliosu yaradılacaq. Və bu müəyyən internet resursunda – Actorsagency.az saytında təmsil olunacaqlar. Digər bir  mərhələ isə yaşlı nəsil aktyorlara keçid nəzərdə tutulub. Bütün bunlar Azərbaycan aktyorlarının vahid bir internet saytında standartlara uyğun olaraq təmsil və təqdim olunması məqsədi daşıyır. Bundan başqa, layihə çərçivəsində aktyorların təmsil olunacağı – Actorsagency.az və Azerbaijanactors.com saytları yaradılacaq. Aktyorların təqdimatı, portfoliosu həmin saytlara yerləşdiriləcək.

Yeri gəlmişkən, Azərbaycanda fəaliyyət göstərən ilk aktyor agentliyi “Actors Agency” 2013-cü ildə Səbuhi Məmmədov tərəfindən təsis olunub. Agentlik yarandığı gündən Azərbaycan aktyorlarının milli və xarici kino dünyasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni istedadlı simaların tanıdılmasında böyük rol oynayır, eyni zamanda teatr-kino sahəsində kastinq və istehsal fəaliyyəti göstərir. “Actors Agency” agentliyinin kastinq və istehsalına dəstək verdiyi filmlər ( “Eliza” q/film, Debüt Film, “Tufanlı səma” TV serial, “Skripkaçı” q/film, Debüt Film, “Ali və Nino” b/film, Pie Pia Films, Böyük Britaniya, “Klimanjara” b/film,  “Sreda Studio”, Rusiya, “Sevgi hekayəsi və ya çap maşını ” q/film, Azərbaycan və s.) müxtəlif janrlı olduğu kimi, dünyanın bir çöx ölkələri ilə olan əməkdaşlıq nəticəsində yaranıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma