Azərbaycan neftinin qiyməti rekordu təzələyərək 90 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

TIME AZƏRTAC-a istinadən bildirir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,5 dollar artaraq 88,19 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (87,13) qeydə alınmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasının səbəblərindən biri bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqların keçirilməsinə dair xəbərlərin yayılması olub.

Leave a ReplyCancel reply