Alimentin miqdarı necə müəyyən edilir? – VİDEO

Alimentin miqdarının müəyyən edilməsi sualı bir çox hallarda ailə münasibətləri ilə bağlı məhkəməyə müraciət edənlərdə yaranır. Baş Prokurorluğun prokuroru təqdim edilən video çarxda bu sualın cavabını verir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “Alimentin miqdarı necə müəyyən edilir?”sualını cavablandırıb. Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

Leave a ReplyCancel reply