Müdafiə Nazirliyi növbəti hərbi təlimə start verib

Müdafiə Nazirliyi bu gündən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər. Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Nazirlik ötən həftənin şərhsiz video icmalını təqdim edib.

Leave a ReplyCancel reply