İdman-şahmat məktəblərinin yetirmələri Avropa çempionu oldular

15-21 oktyabr 2021-ci il tarixlərində Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə şahmat üzrə hibrid formatda Avropa birinciliyi keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 8-20 yaşadək oğlan və qızlar arasında təşkil olunan birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Uğur İlyaslı 18 yaşlı oğlanlar, “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Ayan Allahverdiyeva 16 yaşadək qızlar arasında 7.5 xal toplayaraq Avropa çempionu adını qazanıblar.

Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Mələk İsmayıl 18 yaşlı qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin gümüş, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli 10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq bürünc mükafatına layiq görülüblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma