Bu gün təkrarolunmaz ana obrazını yaratmış aktrisamızın yubileyidir

Bu gün Azərbaycan teatr və kino aktrisası, dramatik obrazların mahir ifaçısı, Xalq artisti Nəcibə Məlikovanın anadan olmasından 100 il ötür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, N. Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində, Azərbaycan Dövlət Teatr İnstitutunda(1951) təhsil alıb.

İlk sənət fəaliyyətinə Gəncə Dövlət Dram Teatrına başlayıb, sonralar Akademik Milli Dram Teatrında davam edib və bütün yaradıcı həyatını bu teatra bağlayıb. Milli Teatrın səhnəsində oynadığı epizodik rollar onu tezliklə tamaşaçılara sevdirib ki, nəticədə də teatrın aparıcı aktrisaları sırasında özünə layiq yeri tutub.

1950-1970-ci illərin teatr repertuarında aktrisa klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində, eyni zamanda komediyalarında səhnəyə çıxıb. Həmin tamaşalardan-Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), “Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Şamama cadu), Cəfər Cabbarlının “Aydın” (Böyükxanım), “1905-ci ildə” (Sona), “Sevil” (Edilya), Mirzə İbrahimovun “Həyat” (Atlas), “Kəndçi qızı” (Ayxanım), İlyas Əfəndiyevin “Büllur sarayda” (Qönçə), “Qəribə oğlan” (Məlahət), Nəbi Xəzrinin “Əks-səda” (Zərifə), Mirzə Şəfi Vazeh (Zübeydə), Səməd Vurğunun “Vaqif” (Xuraman), Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” (Diləfruz), Lope de Veqanın “Sevilya ulduzu” (Estrelya) və s. misal göstərmək olar.

Ümumiyyətlə Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Nəcibə Məlikovanın istər teatr səhnəsində, istərsə də kinoda oynadığı rollar böyük tamaşaçı rəğbəti qazanıb.

O da təsadüfi deyil ki, aktrisa teatra nə qədər çox bağlı olsa da, onun kino yaradıcılığı tamam fərqli bir xətt üzrə inkişaf edib. Kino onun həyatının bir parçasına çevrilib. Bəzən elə olub ki, obrazlarda özünü tapıb, özünü oynayıb və ya əksinə özündə obrazlara müdaxilə edib.

Aktrisanın kinoda oynadığı rollar (Fətəli xan” (Xədicə), “Ögey ana” (Dilarə), “Aygün” (Aygün), “Leyli və Məcnun” (Səlimə), “Əhməd haradadır?” (Nərgiz xala), “Arşın mal alan” (Cahan), “Qanun naminə” (Zərintac), “Üzeyir ömrü” (Xurşidbanu Natəvan) və s). xarakter etbarilə mbir-birindən kəskin şəkildə fərqlənir.

N.Məlikova ilk dəfə 1947-ci ildə “Fətəli xan” filminə çəkilib. Mehdi Hüseynlə Ənvər Məmmədxanlının ssenarisi əsasında, rejissor Yefim Dziqanın quruluş verdiyi film XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan Fətəli xanın mübarizəsindən danışır.

Ekran əsəri tarixi hadisələri əks etdirməklə yanaşı, eyni zamanda o dövrdəki qadınların həyat tərzini də aydın şəkildə diqqətə çatdırır.

1950-ci ildə aktrisa Rza Təhmasibin quruluş verdiyi “Bakının işıqları” filmində Mirvarid roluna dəvət alır. Bakı neftçilərindən bəhs edən filmdə hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərinə qədər inkişaf yolu keçir. Filmin sonunda müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırılması sabaha olan inam üzərində qurulur.

N.Məlikovanın yaradıcılığında ən mühüm yeri “Ögey ana” və “Aygün” filmləri tutur.

1958-ci ildə Rejissor Həbib İsmayılovun quruluş verdiyi “Ögey ana” filmində yeni ailə münasibətlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini necə məhəbbətlə necə ələ ala bilməsindən söhbət açılır.

Deyilənlərə görə, “Ögey ana” filmindəki Dilarə rolu Nəcibə xanımın  öz taleyinə bənzəyir. Film ekranlara çıxandan sonra SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanaraq onun ifa tərzi haqqında geniş fikir mübadiləsi aparılıb. Aktrisanın oynadığı ögey ana rolu yaxşı mənada müzakirəyə çıxarılıb.

1960-cı ildə Kamil Rüstəmbəyov tərəfindən ekranlaşdırılan “Aygün”-tammetrajlı bədii televiziya filmində isə aktrisa əsas qəhrəman kimi yeni ailə həyatı quran, illər keçdikcə ailə-məişət qayğıları fonunda yaranan problemlərin mənfi təsirini yaşayan və tamaşaçıya hiss etdirən Aygün obrazıyla düşündürməyi və düşündürərək nəticə çıxarmağı göstərməyi bacardı.

Eləcə də aktrisanın “Leyli və Məcnun” filmindəki Səlimə, “Əhməd haradadır”da Nərgiz xala, “Arşın mal alan”da Cahan, “Qanun naminə” filmində Zərintac, “Üzeyir ömrü”ndə Xurşid Banu Natəvan və. Rolları daima böyük maraql baxılır və sevilir.

Nəcibə Məlikova elə aktrisalardandır ki, yaradıcılığı daima təhlil olunur, oynadığı obrazlar müzakirə obyektinə çevrilir, daxili dünyasından çıxış edərək yaratdığı rollarla hər dövrün qadınlarının yaşadığı qayğıları, problemləri diqqətə çəkməyi bacarıb.

Bu gün dəyərli aktrisamız, qadın, ana obrazlarının təkrarolunmaz ifaçısı Nəcibə Məlikovanın 100 illik yubileyidir. İllər keçir ancaq o, hər birimizin qəlbində yaşayır, baxdığımız filmlərində bizlərlə bərabər addımlayır, sənəti, sənətkarlığı yaşatmağa davam edir və bu, hər zaman belə olacaq!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma