TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışla qarşılanıb

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasın proqramına TRASEKA Hökumətlərarası Komissiyaya sədrliyin Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına ötürülməsi, eləcə də TRASEKA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TRASEKA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkəmizin adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstan Respublikasına təhvil verib.

Nazir ölkəmizin sədrliyi dövründə TRASEKA çərçivəsində, eləcə də ölkəmiz tərəfindən Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülmüş işlər barədə danışıb.

Çıxışda, həmçinin ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRASEKA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

Eyni zamanda, TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

İclasın sonunda TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi qəbul edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma