Xaçmaz rayonuna “İnvestisiya səyahəti” çərçivəsində sahibkarlarla görüş


Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarına dair maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən “İnvestisiya səyahəti” layihəsinin icrasına start verilmişdir. Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə 20 oktyabr 2021-ci il tarixində ilk investisiya səyahəti həyata keçirilmiş və Xaçmaz rayonunda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilmişdir.

Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılmış, eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış və maliyyələşmə imkanları dəyərləndirilmişdir. 

Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma