Azərbaycan telefon rabitəsinin 140 illiyinə həsr edilmiş yazı müsabiqəsi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

“Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf” mövzusunda

  • Ən yaxşı veriliş
  • Ən yaxşı reportaj
  • Ən yaxşı məqalə

Müsabiqəyə təqdim olunacaq materiallarda aşağıdakı meyarlara üstünlük veriləcək:

  • Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;
  • Faktların və məsələlərin düzgün təhlili;
  • İnformasiyalılıq dərəcəsi;
  • İfadə vasitələrinin zənginliyi;

Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 oktyabr – 6 dekabr tarixləri aralığında yayımlanmalıdır. Materialların linkləri 140il@mincom.gov.az elektron poçt ünvanına göndərilməlidir.

Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif özü barədə məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim etməlidir.

Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.

Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 22 dekabr tarixində açıqlanacaq.

Qaliblərə pul mükafatı təqdim olunacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma