10 əsas ailə dəyəri

Ailə istənilən dövlətin kiçik hissəciklərindən biridir və ailədə dəyərlərlə qaydalar, dövlətdə qanuna bərabərdir. Bu dəyərləri və qaydaları ailə qurulduqda razılaşdırmaq lazımdır ki, sonradan bir çox problemlərlə üzləşməyək. İlk növbədə isə insanların artıq 7 yaşından sonra əsla ciddi şəkildə  dəyişməyəcəyinə qəbullanmaq lazımdı, belə halda artıq həyat yoldaşınızı yenidən qurmaq fikirlərindən əl çəkib güzəştlərə gedərək birgə həyatın dadını çıxarmağa baxmalıyıq, birdə gördünüz insan sizin müsbət təsiriniz altında özü dəyişdi.

TIME bildirir ki, ailə dəyərləri illər boyu istənilən təzadlı vəziyyətlərdən daha tez çıxış yolu tapmağa kömək edir, çətinliklərdən üzü ağ çıxmağa və xarici müdaxilələrin qarşısını almağa dəstək olur.

Bu arada nəzərə almalıyıq ki, dəyərlər və qaydalar ailə ər ilə arvadın qarşılıqlı razılığı qəbul edilir və hər iki tərəfin mövqeyini qoruyur.

Ailə dəyərləri hansı məsələləri əhatə edir?

Ailə dəyərləri ailə üzvlərinin gündəlik həyatını, ətrafdakılarla, dostlarla və qohumlarla münasibətlərini, maliyyə məsələlərini, asudə vaxtın təşkilini, övladların tərbiyəsini, azadlıqlarını müəyyən edir. Bir gün sizin ailənizdə gözlənilməz bir vəziyyət və ya problem yarandıqda siz artıq düşünmədən təhlükəni neytrallaşdırmaq yolunu bilməlisiniz. Əks halda isə insanlar bağı olmayan iki aləm kimi bir yerdə yaşayacaqlar və ilk çətinliklə üzləşdikdə ailə parçalanaraq dağılacaq.

Aşağıda müxtəlif mənbələrin analizi əsasında müəyyən edilmiş 10 əsas ailə dəyərini təqdim edirik.

1. Dostluğa dəyər verin

İnsan sosial məxluqdur və onun xoşbəxtliyinin 85% ətrafdakılarla münsibətlərindən asılıdır. Ərlə arvad dostluğa önəm verirlərsə, deməli onlar öz aralarında və ətrafdakılarla  bu münasibətləri qoruyub saxlayacaqlar və övladlarına da bunu aşılayacaqlar. Ailə daxilində dostluq münasibətləri bir çox məqsədlərə çatmağa və ailədə əminamanlığın sütunlarından biridir.   

2. İdmanın həyatımızda dəyəri

Cavan olduğumuz vaxt bunu o qədərdə his etməsək, yaşlandıqca fiziki aktivliyin səhhətimizə müsbət təsirini və vacibliyini anlamağa başlayırıq. Uşaqlarınızı çalışın idmanla məşqul olmağa cəlb edin, bu onların daha çevik, məqsədyönlü, sağlam olmasını sağlayacaq. Bir gün, həyatının payız dönəmində həyat yoldaşınız (istər ər, istərsədə arvad olsun) hansısa idman növünə maraq göstərdikdə ona əngəl olmaq əvəzinə tərəfdaşlıq etməyə, ya da heç olmasa müşaiyət etməyə çalışın, bu sizi birləşdirəcək və daha mehriban edəcək, həyatınıza yeni rənglər  qatacaq.

3. Ailənizin dəyərini bilin

Ailədə bütün üzvlər bir-birini istənilən halda dəstəkləyir və ailə xaricində hansısa problem yaranırsa onlar yaxınlarının tərəfində qalırlar, çətinliklərin üstəsindən birgə gəlirlər. Belə halda ailə üzvlərində güvən hissi yaranır və ətrafdakılar bunu hiss edərək artıq geri çəkilirlər.

4. Məsuliyyətin dəyəri

Etdiyiniz əməllərə görə məsuliyyət daşımağı bacarın. Yaranmış vəziyyəti, ətrafdakıları və ya həyat yoldaşınızı günahkar görməyə çalışmayın, ilk növbədə vəziyyəti dəyişməyə çalışın. Ailə üzvləri məsuliyyət hissinə malikdirlərsə onlar qünahkar axtarmaq əvəzinə birgə düzgün çıxış yolu tapmağa çalışırlar. Dünənki dünəndə qalır, sabah isə bizim bu gün qəbul etdiyimiz qərarlardan asılıdır və bizim gələcəyimizin məsuliyyəti məhz bizim üzərimizə düşür.

5. Bilik qazanmağın dəyəri

Burada söhbət daim təkmilləşmədən, yeni bilik və bacarıqlar qazanmaq həvəsindən gedir. Hər hansı sahədə bacarığın az olması problem deyil, problem öyrənmək istəyinin olmadığındadır. Bu istər evdarlıqla bağlı məsələlərə, istər uşaqların tərbiyəsinə və qarşılıqlı münasibətlərin yeni dövrünə,  istər işgüzar həyata aiddir. Yeni bacarıqlara istənilən yaşda yiyələnməyin ayıb olmadığını övladlarınıza öyrədin.   

6. Etik olmağın dəyəri

Ailə etiket qaydalarına riayət etməlidir, insanlara hörmətlə yanaşmalıdır və qonaqpərvər olmalıdır. Ər, arvad və uşaqlar cəmiyyət içində bir-birlərinə qarşı maksimal dərəcədə hörmətlə yanaşmalıdırlar, aralarında münaqişə olsa belə, ətrafdakılar bunu hiss etməməlidirlər və qonaqlar özlərini komfort hiss etməlidirlər. İstənilən qonağı ürək açıqlığı ilə qarşılayan xoşbəxt ailə obrazı əsas dəyərlərdən biridir və cəmiyyətdə ailənizin nüfuzunu yalnız artıra bilər. Qonaqlar getdikdən sonra, doyunca dalaşa bilərsiniz (bu zarafat idi). Zarafata gəlmişkən, çalışın xoşniyyətli zarafatlar edin, cəmiyyət içində çalışın ailəniz ilə ümumiyyətlə zarafat etməyin və qohumlarınızada icazə verməyin, çünki bəzi zarafatlar ailənin təməlini sarsıda  bilər.

7. Yaxınlarınızın yaradıcılığına dəyər verin

Ailə üzvləri bir birlərinin yaradıcılığına, hobbilərinə hörmətlə yanaşırlarsa, uşaqlar özlərini istənilən mədəniyyət və incəsənət sahəsində bacarıqları ilə təsdiqləyə bilirlərsə münasibətlər daha harmonik olur. Gözəl mühitdə , gözəl əşyaların əhatəsində və gözəl yerdə yaşamaq istəyirsinizsə ailə üzvlərinizin maraqlarına anlayışla yanaşın və istəklərini reallaşdırmaqda dəstək olun.

8. Sağlamlıq dəyərləri

Sağlamlığı bərpa etmək, onun qeydinə qalmaqdan və sağlam həyat tərzi aparmaqdan daha çətindir, bunu unutmayın. İldə bir iki dəfə profilaktik həkim müayinəsindən keçin ki, sağlamlığınızı qoruyasınız və istənilən xəstəliyi ilkin mərhələdə aşkar edib tədbir görəsiniz. Ailə üzvlərinin hər birinin sağlamlığı bir- birinə bağlıdır. Qidanıza, yuxunuza, istirahətinizə, fiziki aktivliyə  diqqət yetirin. Saat 23.00-dan sonra yatdıqda orqanizmdə müəyyən hormonların işində nasazlıqlar baş verir bu isə daxili orqanların işinə mənfi təsir göstərir, əsasən bu uşaqlara aiddir.  

9. Yaxınlarınıza inamın dəyəri

Həyatda qəfil çətinliklər baş verir və bəzən insanlar qərar qəbul edə bilmirlər, özlərində cəsarət tapa bilmirlər hansısa işə başlamağa. Lakin ailədə bir-birinə inam varsa qorxu hissini tez dəf etmək olur və özünə inam yaranır. Həyat yoldaşınız bir gün biznesə başlamaq, kitab yazmaq və ya digər layihə həyata keçirmək istəsə sizin ən yaxşı reaksiyanız “Əla fikirdir! Səndə mütləq alınacaq! Nə kömək lazım olsa de” olmalıdır. Gözlənilən nəticə alınmasa da təcrübə əldə edərsiniz.

10. Pulunuzun və əmlakınızın dəyərini bilin

Ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ər ilə arvadın birgə hərəkət etməsi lazımdır, xərcləri birgə planlaşdırmalıdırlar, gəlirləri artırmaq üçün mümkün qədər bir-birlərinə dəstək olub şərait yaratmalıdırlar, çünki heç kim təsadüfən zəngin olmur. Ailədə birinin qazandığı digəri tərəfindən qeyri-rasional xərclənirsə, ailə büdcəsi dibində deşik olan səbətə bənzəyəcək, heç vaxt dolmayacaq. Ailə üzvləri “təhlükəsizlik yastığı” yaratmağa çalışmalıdırlar, bu istər əmlak, istər biznes layihəsi, istərsə də toxunulmaz bank hesabı və ya nağd pul ola bilər. Qismətinizə düşən, kiçik belə olsa, halal mənfəətdən  imtina etməyin.  

 Sonda qeyd edək ki, hər bir insanın öz dəyərləri var, onlar anadangəlmə, böyüdükləri ailədən, təcrübə ilə əldə edilən ola bilərlər. Ailə qurmadan əvvəl dəyələrinizi müqayisə edin, baxın görün gələcək həyat yoldaşınızın həyata baxışları sizinkilərlə nə dərəcədə üst-üstə gəlir, bir-birinizi tamamlayırsınızmı? Misal üçün, qız evə, ailəsinə, ölkəsinə bağlıdırsa, oğlanın isə  fikri daim  səyahətlərdə və sərgüzəştlərdədirsə onlardan çətin xoşbəxt cütlük olar. Yuva qurmaq çətindir, onu qoruyub saxlamaq və yaşamaq isə ondanda çətindir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma