Təhsil naziri onlayn qəbul keçirəcək

Təhsil naziri Emin Əmrullayev Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlayn qəbul 29 oktyabr saat 16:00-da keçiriləcək.

Qeyd olunan bölgələrin sakinləri 20-27 oktyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://portal.edu.azhttps://edu.gov.az/az/contact) ünvanlamaqla videoqəbula yazıla bilərlər.

Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma