Elektrik enerjisinə tələbatın və istehsalın həcmlərində artım gözlənilir

İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinə tələbatın və istehsalın həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir.

TIME bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov müsahibəsində deyib. Belə ki, bu il 4,8% artımla 27,1 mlrd. kVt·st, 2022-ci ildə 27,5 mlrd. kVt·st, 2023-cü ildə 27,8 mlrd. kVt·st, 2024-cü ildə 28 mlrd. kVt·st, 2025-ci ildə isə 28,3 mlrd. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisini istehlakının isə bu il 4,5% artaraq 23 mlrd. kVt·st, gələn il 23,5 mlrd. kVt·st, 2023-cü ildə 23,9 mlrd. kVt·st , 2024-cü ildə 24 mlrd. kVt·st və 2025-ci ildə isə 24,3 mlrd. kVt·st olacağı proqnozlaşdırılır.

Görülən çoxşaxəli tədbirlər ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisi üzrə ixracatçı ölkə mövqeyini qoruyub saxlamağa imkan verir. 2021-ci il və növbəti illərdə ixrac göstəricisinin 1,3 mlrd. kVt·st-a çatacağı gözlənilir.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artımla, təxminən, 20,7 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib. Bu dövrdə 120,4 mln. kVt·st elektrik enerjisi idxal, 1030,3 mln. kVt·st elektrik enerjisi isə  ixrac edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 189 mln. kVt·st artıb. Gürcüstana 544,9 mln. kVt·st, İrana 250,4 mln. kVt·st, Türkiyəyə 163,6 mln. kVt·st, Rusiyaya isə 71,4 mln. kVt·st elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 70,9 mln. kVt·st, İrandan 24,9 mln. kVt·st, Gürcüstandan 24,6 mln. kVt·st olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma