Regionlarda yağış və dolu yağıb

Oktyabrın 19-u saat 14:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, düşən yağışın miqdarı Şamaxıda 17.0 mm, Qobustanda 13.0 mm, Daşkəsəndə 8.0 mm, Ağdərədə (Ordubad) 7.0 mm, İsmayıllıda 6.0 mm, Ağsuda 5.0 mm, Kişçay (Şəki), Oğuz, Gədəbəydə 5.0 mm, Beyləqan, İmişlidə 4.0 mm, Cəfərxan, Sabirabadda 3.0 mm, Hacıqabul, Ağdam, Ordubad, Şahbuzda 2.0 mm, Naxçıvan, Şərur, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Altıağac, Qusar, Qəbələ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Salyan, Biləsuvar, Yardımlı, Göytəpə, Sarıbaşda (Qax) 1.0 mm-dək olub.

Ötən gün Gədəbəy və Şamaxı rayonlarında xırda dənəli dolu yağıb.

Leave a Reply