Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, başsağlığı “Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı ilə bağlı verilib:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.

Leave a ReplyCancel reply