Nazirlik məktəblərin distant tədrisə keçidi ilə bağlı açıqlama verib

Təhsil Nazirliyinшn rəsmisi sosial şəbəkələrdə məktəblərin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi “Facebook” səhifəsində bu məlumatlar həqiqətə uyğun deyil.

“Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir”, -deyə o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və yerli mediada Bakıda 20 nömrəli məktəbin tam olaraq onlayn tədrisə keçdiyi, bir sıra məktəbdə bir neçə sinifin bağlanaraq distant tədrisə keçməsi ilə bağlı xəbərlər paylaşılır.

Bununla yanaşı, bir neçə Ali təhsil ocağında da koronavirusun aşkar edildiyi haqda məlumatlar verilir.

Leave a Reply