“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və  müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək vermək üçün “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artmaqda davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan marafona indiyədək 558 işəgötürən (292-i dövlət, 266-ı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib.

Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bildiyini bildirib: “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma