Kirayə ev axtaranları necə aldadırlar?

Son vaxtlar kirayə mənzil bazarında fırıldaqçılıq halları çoxalıb.

Trend-in verdiyi məlumata əsasən, əmlak eksperti Elnur Fərzəliyev vəziyyəti şərh edərək qeyd edib ki, əvvəlki dönəmlərdə alqı-satqı saytları yox idi, sosial şəbəkələr inkişaf etməmişdi: “Kirayə mənzil axtaran insanlar ya birbaşa alqı-satqı ofislərinə müraciət edirdilər, ya qəzetlərdən çıxan elanlardan özlərinə ev tapırdılar. Hazırda intenetin inkişafı ilə bağlı olaraq istər ev sahibləri, istər alqı-satqıyla məşğul olanlar evlərini saytlarda, sosial şəbəkələrdə yerləşdirirlər. Bundan istifadə edən mənzil fırıldaqçıları bir çox insanın pulunu mənimsəyir”.

Ekspert bildirib ki, ev elanı yerləşdirilən saytlarda özünü ev sahibi kimi təqdim edən şəxslər mənzilləri nisbətən ucuz qiymətə təklif edirlər: “Qiymətin ucuz olduğunu görən müştəri fırıldaqçının toruna düşür. Müştəri aldadıldığının fərqinə varmadan elanda yerləşdirilən nömrəyələ əlaqə saxlayır. Fırıldaqçılar çox vaxt xarici nömrədən istifadə edir. Fırıldaqçılar bəhanələr gətirərək müştəridən beh istəyir. Ucuz mənzili əldən vermək istəməyən müştəri tez karta pul köçürür. Və nəticədə kirayə mənzil axtaran şəxs bilmədən fırıldaqçıların qurbanı olur.

Alqı-satqı saytlarında hər kəs elan yerlədirə bilər. Fırıldaqçıları belə olduqda ayırd etmək çox çətindir. Yaxşı olar ki, elanda olan evə şəxsən gedib baxılsın. Elanda yerləşdirilən evin həqiqətən olduğuna əmin olsun. Vətəndaşlar elan saytlarından ev kirayələyərkən evə baxmamış ödəniş etməyə tələsməsinlər. Kirayə mənzil götürərkənmütləq müqavilə imzalamaq lazımdır ki, sonra əlavə probləmlər yaranmasın.”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma