Hansı əlamətlər QİÇS-ə yoluxma şübhəsi yarada bilər?

Ötən əsrin yeni çarəsiz yoluxucu xəstəliklərindən biri olan QİÇS bir çox ölkələrdə geniş yayılmaqdadır. Dəhşətlisi isə odur ki, əksər hallarda insanlar virusa yoluxduqlarından xəbərləri olmur və aktiv həyat tərzi apararaq əlaqədə olduqları insanları da yoluxdururlar və proses öz axarı ilə uzun müddət davam edə bilər, o vaxta kimi ki, təsadüf nəticəsində və ya xəstəlik artıq özünü ciddi şəkildə büruzə verdikdə aşkar edilir. Dünya üzrə rəsmi qeydiyyatda olanların statistik məlumatları heçdə real vəziyyəti əks etmir, çünki virus uzun müddət özünü büruzə vermir. Lakin bu sahə üzrə mütəxəssislər bəzi əlamətlərə görə xəstəliyin erkən diaqnostikasını edə bilirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov müsahibəsində qeyd edib ki, 1987-ci ildən bugünədək Azərbaycanda 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyatdadır. Bu göstərici qonşu ölkələrlə müqayisədə çox azdır, amma yenə də düşündürür.

– İİV/QİÇS nədir və İİV-ə yoluxma yolları hansılardır?

İİV-infeksiyası – İnsanın immunçatışmazlığı virusu (İİV) tərəfindən törədilən immun sisteminin artan zədələnməsi ilə müşaiət olunan xronik infeksion xəstəlikdir.

QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) – İİV virusunun insanın immun sistemini zədələməsi nəticəsində opportunistik (fürsətçi) infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində ağır klinik əlamətlərlə təzahür olunan xəstəliyin 4-cü və ya sonuncu klinik mərhələsidir. Bu mərhələdə xəstələrdə immun (CD4) hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, hətta zəif patogen infeksiyalar da xəstənin həyatı üçün təhlükə yaradır.

İİV-infeksiyasına yoluxmanın üç yolu mövcuddur:

• Cinsi yolla

• Hemotransmissiv yolu ilə (qan vasitəsilə)

Buraya İİV-ə yoluxmuş insanın qanının digərinə köçürülməsi, öncə İİV-li xəstədə tətbiq olunmuş və dezinfeksiya edilməmiş tibbi və məişət alətlərinin (şpris, iynə, ülgüc, stomatoloji, cərrahi, manikür, tatuaj, pirsinq alətləri və s.) təkrar istifadəsi nəticəsində.

• Anadan uşağa (şaquli) ötürülmə nəticəsində: hamiləlik zamanı, doğuş vaxtı və körpənin döşlə qidalandırılması müddətində.

– İİV-in əlamətləri hansılardır?

İİV-infeksiyasına yoluxma əlamətləri ilk mərhələdə adi soyuqlama, qısa müddətli zökəm, bədən temperaturunun bir neçə gün subfebril olması ilə təzahür olunur və tamamilə keçir.

İlkin klinik əlamətlərə limfa düyünlərinin böyüməsini (limfadenopatiya) spesifik simptom kimi aid etmək olar. Düyünlər ağrısız, elastik, hərəkətli və üzərində dəri örtüyü dəyişməmiş qalır.

Qeyd edilən simptom yoluxmaya şübhə yaradaraq laborator müayinəyə əsas verir.

– İİV-in diaqnozunda hansı müayinə üsullarından istifadə edilir?

Azərbaycan Respublikasının qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir.

İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur. Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir.

– İİV-ə yoluxan insanların müalicəsi necə aparılır?

İİV infeksiyasına yoluxan şəxslər bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var. İİV/QİÇS zamanı müalicə və yardımın əsas komponentini antiretrovirus terapiyası (ART) təşkil edir. Bu zaman xəstələrin müalicəyə sadiqlik göstərməsi çox vacibdir. Düzgün seçilmiş ART İİV-ə yoluxan şəxslərin həyat keyfiyyətini və müddətini artırır, opportunist infeksiyaların qarşısının alınması üçün immunitetin kəmiyyət və keyfiyyətcə bərpasına dəstək olur. Aparılan müalicə virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir.

İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma