Bakıda daha bir məktəb onlayn formatda tədrisə keçib

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Trend-in verdiyi məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyətinin müvəqqəti dayandırıldığını təsdiqləyib.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Leave a ReplyCancel reply