Şuşa rabitəsi bərpa edilir: İlk zəngdən sonra nələr olacaq?

Ötən həftəsonu Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə dogma yurd-yuvalarına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlər sürətlə davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin dekabr ayından artıq Şuşada ilk 4G şəbəkəsi qurulub, əsas məqsəd işğaldan azad edilmiş bütün tarixi əraziləri sürətli müasir mobil şəbəkə ilə əhatə etmək, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməkdir. Yaradılan texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verir.

Azad olunmuş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurub. Eyni zamanda onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan “ŞAKİR” stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin azad edilmiş bütün tarixi ərazilərdə sakinlərə müasir nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı və innovativ xidmətlərlə təmin etməyə hazır olduğunu bəyan edib.

Rabitə infrastrukturunun bərpası əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə yanaşı, yeni iş yerlərinin açılmasına, sakinlərin işlə təmin olunmasına şərait yaradır. Texnoloji yenilikləri tətbiq etməklə insanların yaşayış şəraiti yaxşılaşdırılır, iş yerlərinin açılması ilə onların sosial rifahının yüksəlməsi təmin olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma