İşıq və qaz tarifləri hansı qaydada artırılıb?

Tarif (qiymət) Şurasının növbəti iclasında təbii qazın və elektrik enerjisinin tarifləri artırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  iclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanıb.

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri aşağıdakı kimi təsdiq edilib:

GöstəricilərMövcud tarif (manat/1000 m3, ƏDV ilə)Yeni tarif (manat/1000 m3, ƏDV ilə)
1.“Azneft” İB-dən alınan7590
2.Topdansatış (“Azəriqaz” İB, “Naxçıvanqaz” İB)110118
3.Əhali  
3.1.1200 m3-dək (1200 m3 daxil olmaqla)100120
3.2.1200 m3-2500 m3200200
3.3.2500 m3-dən çox250250
4.Qeyri-əhali  
4.1.Sənaye və kənd təsərrüfatı200220
4.2.“Azəristiliktəchizat” ASC, məhəllə qazanxanaları və CNG tipli qazdoldurma məntəqələrinə130165
4.3.Digər250250
4.4.Metanol və karbamid zavodları200200
5.“Azərenerji” ASC130165
6.Təbii qazın emalı5,55,5
7.Təbii qazın nəqli5,35,3
8.Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi8,258,25

İclasda həmçinin, ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması məqsədilə ixrac olunan elektrik enerjisinin, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün istehsalçı tərəfindən təbii qazın müqavilə qiyməti ilə alınması məqsədəuyğun hesab olunmuş, bu barədə müvafiq qərar qəbul edilib.

Əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 m3) tariflərə dəyişiklik olunmamışdır.

İclasda Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə elektrik enerjisindən istifadə tarifləri aşağıdakı kimi təsdiq edilib: 

GöstəricilərMövcud tarif (qəpik/kVts, ƏDV ilə)Yeni tarif (qəpik/kVts, ƏDV ilə)
1.“Azərenerji” ASC üzrə topdansatış tarifi5,76,6
2.Alüminium sənayesi üzrə gecə-gündüz tarifi2,8-5,83,1-6,4
3.Kimya sənayesi4,55Digər istehlakçı qrupuna aid edilir
4.Əhali  
4.1.300 kVts-dək7
4.2.300 kVts-dan çox11
4.3.200 kVts-dək (200 kVts daxil olmaqla)8
4.4.200 kVts-dan – 300 kVts-dək (300 kVts daxil olmaqla)9
4.5.300 kVts-dan çox13
5.Qeyri-əhali  
5.1.Ticarət və xidmət911
5.2.Digər910

                                                                                                                                                                                            Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılıb.

İclasda həmçinin, kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilmiş, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisinin müqavilə qiyməti ilə verilməsi məqsədəuyğun hesab olunmuşdur.

Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma