Azərbaycanla Qətər arasında vizasız gediş-gəliş rejimi tətbiq edilir

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 18 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.

Hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətlərinin iştirak etdiri görüşdə Azərbaycan Respublikası və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Qətər Dövləti ilə münasibətlərin inkişafına yüksək önəm verdiyini qeyd edib və ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla vurğulayıb. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrini bölüşdüyümüzü bildirən nazir Ceyhun Bayramov, keçmiş münaqişənin həlli ilə bağlı Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə verdiyi davamlı dəstəyinə görə təşəkkür ifadə edib.

Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar keçirildiyini qeyd edib. O, ölkə üçün çox önəmli bir gündə Azərbaycanda olmaqdan məmnunluq bildirib və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə səmimi təbriklərini səsləndirib. Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək bir daha nazir şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani tərəfindən səsləndirilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişə sonrası bölgədəki inkişaf, üçtərəfli bəyanatların yerinə yetirilməsi və bu xüsusda Azərbaycan tərəfindən görülən tədbirlər, eləcə də 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilən sistematik dağıntılar, tarixi, mədəni və dini irsimizin izlərinin silinməsi cəhdləri, qeyri-qanuni fəaliyyət, ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi və s. haqqında ətraflı məlumat verib. Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə qarşı tərəf məlumatlandırılıb.

Görüşdə tərəflər, iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahəsində, habelə alternativ enerji, nəqliyyat bağlılığı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və mövcud potensialdan istifadə edilməsi məsələlərini müzakirə ediblər. Cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın iclasının keçirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyi qeyd edilib.

Görüşün sonunda nazirlər “Azərbaycan respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzaladılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma