Azərbaycanın milli parklarından payız görüntüləri

Payız gəlişi ilə milli parklarda rəngarəng mənzərələr yaradıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qızıl payızın ən gözəl rəng çalarları təbiətə daha da gözəllik qatıb.

Özünəməxsus rəng tonları ilə fərqlənən, füsunkar və cəlbedici payız fəslinin gözəlliklərini ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan təbiətinin payızla birgə gələn gözəlliklərindən zövq almaq istəyən hər kəsi milli parklarımıza dəvət edir.

Leave a Reply