Bayram günləri həftəsonu ilə ardıcıl olduğu üçün noyabrda kiçik tətil keçirmək imkanının yaranacağını demək olar.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu il noyabrın 8-i ölkəmizdə Azərbaycan Respublikasının Zəfər Günü, noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bayram günləri ərəfəsi, noyabrın 6 və 7-i tarixləri həftə sonuna təsadüf etdiyi üçün qeyri-iş günlərinin sayı 4 olacaq və bunu kiçik tətil kimi qiymətləndirmək olar.
Ümumilikdə noyabr ayında 10 gün qeyri-iş günü olacaq.