Nizami Gəncəviyə həsr olunmuş möhtəşəm audiovisual şou – FOTO

Bu gün Bakının mərkəzində “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual şou ilk dəfə şəhərin sakinlərinə və qonaqlarına nümayiş olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, festival cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə ərsəyə gəlib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sinin motivləri üzrə çəkilmiş miniatürlərin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edildi.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyinin əməkdaşları, bir sıra dövlət qurumlarının və Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak etdi.

Festivalın əsas məqsədlərindən biri xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

3D audiovizual proyeksiya formatında baş tutan bu festival növbəti 2 gün boyunca – 15 və 16 oktyabr tarixində axşam saatlarında 20:00-dan 00:00-dək davam edəcəkdir.

Xatırladaq ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il “Nizami Gəncəvi İli” elan edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma