Azərbaycanda işsizlərlə fərqli formatda iş aparılacaq

Azərbaycanda işsiz şəxslərin işlə təmin olunması üçün yeni konsepsiya hazırlanıb.

TIME bildirir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yerli telekanallardan birində çıxışı zamanı deyib.

Agentlik rəsmisi qeyd edib ki, işsiz şəxslərlə fərqli formatda işləməyə başlanılacaq, artıq işsiz şəxslər quruma müraciət etdikdə harada işləmək istədiklərini deyil, sadəcə işsiz olduqlarını bildirməli olacaqlar.: “Bundan sonrakı prosesləri isə biz izləyəcəyik. Biz həmin vətəndaşın məşğulluq imkanlarını qiymətləndirib və işlə təminatını fərdi məşğulluq proqramına əsasən aparacağıq. Bununla da həm dövlət alətlərinin səmərəliliyini müəyyən edəcəyik, həm də məşğulluq alətinin vətəndaşa ən uyğun olanını qabağa çəkirik. İnanırıq ki, yeni konspesiyada peşə yönümlü məsləhət xidməti ön plana çəkiləcək”.

Bundan başqa, işsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala biləcəklər.

M. Abbasbeyli bildirib ki, bəzi hallarda vətəndaşlar fərdi məşğulluq proqramının müəyyən müddəalarını icra etmirlər. Bu da öz növbəsində qanunvericiliyə əsasən müəyyən hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri də işsiz statusunun ləğvidir:

“İşsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala bilərlər. Sadəcə məsələ müəyyən qaydalar çərçivəsində həll oluna bilər. Hansı səbəbdən ləğv məsələsinə gəlincə, bəzən işsiz statusunun verilməsi ləğv edilə bilər. Əksər hallarda ləğv etmədən sonra yenidən müraciət əsasındə məşğulluq alətlərindən istifadə imkanları yaranır”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma