Azərbaycan filmi Boğaziçi Beynəlxalq Film Festivalında

Oktyabrın 23-dən 30-dək İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gənc prodüserlərə və rejissorlara yeni filmlər çəkmək üçün maddi və mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan kinosu da təmsil olunacaq.

“Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya və digər ölkələrdən 9 film yer alıb.

“Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu” filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.

Qeyd edək ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma