Qubada sürüşmə baş verib

Quba rayonunun Qrız Dəhnə kəndinin yamac hissəsində sürüşmə prosesi davam edir.

Trend-in verdiyi məlumata əsasən, hadisəni şərh edən Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov deyib ki, sürüşmə oktyabrın 13-də aktivləşib.

“Hazırda 50 hektardan artıq ərazi sürüşüb. Proses aktiv olaraq qalır. Hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər. Sürüşmə kənddən 300-400 metr məsafədə baş verib. Kənddə təxminən 10-a yaxın ev var, onların da bir neçəsində yaşayış yoxdur. Qalan ailələrə də xəbərdarlıq olunub ki, bir müddət qohumlarının evində məskunlaşsınlar. Hazırda ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər görülür. Sürüşmə hələ ki əsasən biçənək sahəsində müşahidə olunur”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma