Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq

2021-ci ilin 9 ayı ərzində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təlimatlarına əsasən, ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 52 ölkədən epizootik risk daşıyan quşçuluq məhsullarına məhdudiyyət tətbiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.

O, bildirib ki, mart və aprel aylarında 48 rayonda 703 fermer və ailə təsərrüfatlarında saxlanılan 30 869 baş iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqlər aparılıb. 20 162 baş heyvandan qan nümunəsi götürülüb. Laborator nəticələrə əsasən, 379 baş heyvanda bruselyoz xəstəliyi aşkar edilib və bu barədə mövcud qanunvericiliyə uyğun zəruri tədbirlər həyata keçirilib.

Hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Q. Təhməzli onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağı hüquqi bazanın yaradılması və təşkilati işlərin görülməsinə başlanılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma