Peşə təhsil müəssisələrinə işə qəbul imtahanının nəticələri açıqlanıb

2021-2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada həyata keçirilən müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun nəticələri açıqlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 şəxs müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb. Nəticələr ilə bağlı namizədlərə SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yer alıb.

Uğurlu nəticə göstərən namizədlər sənədlərini qəbul olduqlarını peşə təhsil müəssisəsinə 15 oktyabr tarixinədək təqdim etməlidirlər.

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun müsahibə mərhələsinin cari tədris ili ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibə mərhələsi uğurlu namizədlərin iş yerində daimiləşməsinə xidmət edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma