İcbari tibbi sığorta üzrə məlumat bazasının formalaşdırılması və istifadə Qaydası təsdiq edilib

Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar yaradılıb.

Məlumat bazası icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

Qəbul edilmiş Qərar icbari tibbi sığorta xidmətlərinin göstərilməsi ilə əlaqədar icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılmasını və istifadə qaydasını, həmin məlumat bazasına informasiya sistemlərinin və resurslarının inteqrasiyasını, məlumat mübadiləsinin təşkilini və məlumatlara buraxılış dərəcəsini tənzimləyir.

Məlumat bazasının əsas istifadə məqsədi icbari tibbi sığorta üzrə xidmətlərin göstərilməsi üçün icbari tibbi sığortanın iştirakçıları barədə zəruri informasiyanın təminatından, icbari tibbi sığorta ilə əlaqədar proseslərin elektron formada idarə edilməsindən ibarətdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma