“Startap” şəhadətnaməsini necə almaq olar?

Bu ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb və bu sənədin kimlərə və necə verildiyi bir çoxlarını maraqlandırır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

“Startap” şəhadətnaməsi sahibkaralara hansı üstünlükləri verir?

“Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

Şəhadətnamə startaplara vergi güzəşti tətbiq etməklə, onların əldə etdiyi gəliri layihənin inkişafına yönəltməyə imkan yaradır. “Startap” şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır.

“Startap” şəhadətnaməsini İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) verir. Şəhadətnamə bugünədək baytarlıq üçün ağıllı cihaz, maliyyə texnologiyaları, sığorta, logistika xidməti, ödəniş aqreqatoru, elektron ticarət və digər yeni və ənənəvi sahələrə innovativ həlləri tətbiq edən 19 sahibkarlıq subyektinə verilib. “Startap” şəhadətnamələrinin böyük hissəsi (5/4 hissəsi) onlayn xidmətlər göstərən sahibkarlara, qalan hissəsi isə elektron cihaz və mexaniki qurğulara əsaslanan məhsul və xidmətlər təqdim edən sahibkarlara verilib.

“Startap” şəhadətnaməsi almaq üçün müraciət forması

“Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı formada (Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134) və yaxud elektron qaydada (info@smb.gov.az) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə həmin gün qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə, 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və yaxud verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur.

“Startap” şəhadətnaməsi almaq üçün müvafiq meyarlar, müraciət üçün ərizə forması və lazım olan sənədlərlə bağlı ətraflı məlumatla KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma