Mərkəzi Elmi Kitabxana ödənişsiz xidmətlər göstərəcək

2021-ci il oktyabrın 15-dən etibarən xidmət sahəsini yenidən bərpa edən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) oxuculara yeniliklər təqdim edəcək.

Trend-in verdiyi məlumata əsasən, MEK-in baş direktoru, professor Məmməd Əliyev qeyd edib ki, MEK-də ilk dəfə olaraq AMEA-nın əməkdaşları, magistrantları, dissertantları və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.

Professorun sözlərinə görə, oxucuların kitabxanadan istifadəsini asanlaşdırmaq üçün xüsusi təlimat kitabçası da hazırlanıb.

M.Əliyev qeyd edib ki, oktyabrın 15-i kitabxananın açılışına ilk gələn oxucuya 1 illik oxucu kartı MEK rəhbərliyi tərəfindən hədiyyə olunacaq.

“Oxucu kartının hədiyyə olunması ilə bağlı təşəbbüsün həyata keçirilməsində əsas məqsəd oxucuların kitaba olan həvəsini artırmaqdır”, – deyə MEK-in baş direktoru qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma