“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi

Nazirlər Kabinetinin qərarına əsasən “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə  2016-cı ilin sentyabr ayından “Elektron icra” informasiya sistemi yaradılmış və 2017-ci ildən bütün icra qurumlarında tətbiqinə başlanılıb.

Qərarda “Elektron icra” informasiya sisteminin fəaliyyətinin prinsiplərinin, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, funksiyalarının, o cümlədən sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları üçün fəaliyyətlərinin təşkili əsaslarının müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.

İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı ”Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək hüququ var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma