Rüstəm İbrahimbəyov “Azərbaycanda film çəkilmir!” deyənlərə cavab verib

Milli Kitab Sərgisi çərçivəsində kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla görüş keçirilib.

TIME Azərbaycan Kinematoqrafçılar İttifaqı rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə R.İbrahimbəyovun  50 illik yaradıcılıq dövründə yazdığı pyeslərdən ibarət “Staroye i novoye”(“Köhnə və təzə”)  adlı iki cildliyinin təqdimatı da baş tutub və kinorejissor fəxri qonaq kimi iştirak edib.

Kinorejissor çap olunan kitablarının satış qiymətinin bahalığından şikayətlənsə də,  çap təşəbbüsü üçün çıxış edən nəşriyyata təşəkkür edib və kitabın içindəkiləri belə xarakterizə edib: “Bu kitab mənim 50 il ərzində yazılan seçilmiş pyeslərimdir. Orada həmin pyeslərin taleyi ilə bağlı qısa bir müəllif çıxışı var. Kitabdakı pyeslərin bir çoxu həm Avropanın, həm də Amerikanın ən müxtəlif teatrlarında qoyulmuş əsərlərdir”.

Qısa çıxışdan sonra Rüstəm İbrahimbəyov dinləyicilərin suallarını cavablandırıb. “Azərbaycan ədəbiyyatında ən son oxuduğunuz hansı əsərdən təsirlənmisiniz?” sualına cavab verərkən, o, 3 Azərbaycan yazıçısının adını çəkib: “Məncə, hələlik Azərbaycan ədəbiyyatının əsas adları bu şəxsiyyətlərdir: Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov. Üzeyir bəyin adını çəkməyim sizi təəcübləndirməsin. Onun yazdığı iki libretto var, bu günədək Azərbaycanda heç kim dramaturgiyanı o səviyyədə yaza bilməyib. Mən “O olmasın, bu olsun” u nəzərdə tuturam. Mən Cəlilin  pərəstişkarıyam. Bu sadə, mən deyərdim ki,  ruha yaxın üslub mənə çox doğmadır və mən Cəlildən çox şey öyrənmişəm. Mən onu tez-tez oxuyuram. Əlbəttə ki, mən düşünürəm ki, Mirzə Fətəli Axundov Azərbaycanın ən böyük ədəbiyyatçılarından biridir. O, faktiki olaraq, bu gün bizim istifadə etdiyimiz dilin yaradıcısıdır”.

Dinləyicilərdən kinoresjissora “Yeni pyeslər yazıb, onları yenidən Rus Dram Teatrında səhnəyə qoymağı düşünürsünüzmü?” sualını verən də olub: “Bu kitabların içində mənim yeni pyeslərim də var. Onlar zaman-zaman Rus Dram Teatrına da gedib çıxır. Məncə, onlara mənim pyeslərimi qoymaq maraqlı olsaydı, bunu edərdilər. Aydındır ki, onlar əvvəllər mənim əsərlərimi Bakıda mənə olan münasibətə görə qoymurdular. Amma indi artıq 2 ildir ki, mən Bakıdayam və mənə münasibət çox yaxşıdır. Ona görə də məncə, Rus Dram Teatrı istəsə, bu əsərləri yenidən səhnəyə qoya bilər”.

Tədbiri “Facebook” üzərindən canlı izləyən tamaşaçılardan biri R.İbrahimbəyova belə bir sual göndərib: “Bir zamanlar eyni məkanda yaşadığımız Ukrayna, Belarus, Rusiyadan Nobel mükafatına namizədlər və ya laureatlar olsa da, sizcə, niyə Azərbaycanda belə adlar yoxdur?” Suala cavab verərkən, dramaturq kino sahəsindəki islahatların nəticəsini də şərh edib: “Bu sual mənə başqa bir şeyi də xatırlatdı. Bizdə bəzi rejissorlar film çəkməyə başlayanda, deyirlər ki, “Mən bunu Kann festivalı üçün çəkirəm”. Bir başqası deyir ki, mən bunu “Oskar” üçün çəkirəm. Bu, yanlışdır. Kinomuzun keyfiyyətini qaldırmaq lazımdır. Bu gün bizim gənc rejissorlarımız bu prosesin uğurlu olacağı ilə bağlı mənə  ümid verir. Amma Mədəniyyət Nazirliyi həmişəki kimi yenə də bu işdən kənarda qalıb. Onlar nə ilə məşğuldur, mən bilmirəm. Təzə vəzifəyə gələn Rüfət Həsənov çox istedadlı rejissordur, yaxşı prodüserdir. Amma görünür, ona işləməyə imkan vermirlər. 5-6 ildir bizdə “islahat, islahat” söhbətləri gedir. Axırda şöbənin adını dəyişdilər, bu da oldu bizim islahat. Qayıdaq “Nobel” və ya “Oskar” mükafatlarına. Bunlar təsadüfi şeylərdir. Dünyada çox ölkələr var ki, onların çox keyfiyyətli filmləri var, amma “Oskar” almayıblar. Eyni şeyi “Nobel”ə də aid etmək olar”.

“Azərbaycanda film çəkilmir!” deyən tamaşaçıya kinorejissor belə cavab verib: “Siz yəqin ki, müstəqil filmlər çəkən rejissorlarımızı tanımırsınız. Məsələn, siz “Pərdə” filmlərinə baxmısınız? “Pərdə” 3 hissədən ibarətdir. Mən onun ikincisinə baxmışam. Çox peşəkarcasına çəkilib. Maraqlı hekayədir. Bizim bir neçə istedadlı rejissorlarımız var. Rüfət Həsənov, Elvin Adıgözəl, Hilal Baydarov. Siz Elvin Adıgözəli tanıyırsınız? Hilalı tanıyırsınız? Bu adamları tanıyan yoxdur. Çünki prokat yoxdur. “Pərdə”ni tanıyırlar, çünki arada göstərilib. Amma digərlərini tanımırlar. Məsələn, Rüfət Həsənovun “Daxildəki ada” filmi Sarayeva filmfestivalında yaxşı qəbul olundu. Burda mənim dostum əyləşib, Mirbala Səlimli. Onun yaxşı filmləri var. Məsələn, “Qırmızı bağ”, “Odla qol-boyun” baxmısınız bu filmlərə? Asif Rüstəmovun filmlərinə baxmısınız?  Tanıyırsınız onu? Acınacaqlı vəziyyətdir ki,  siz (sual verən tamaşaçını nəzərdə tutur- İ.L.A.) özünüz həm də incəsənət xadimisiniz, amma yeni filmlərdən xəbəriniz yoxdur”.

Sual-cavabdan sonra müəllif oxucular üçün  kitablarını imzalayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma