Qarabağda 10 hidroloji stansiyanın tikintisi planlaşdırlır

2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır.

Trend-in verdiyi məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib ki, bu işlər Nazirlər Kabinetinin 2020-ci ildə işə saldığı layihə çərçivəsində aparılır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində iki milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur: “Azad edilmiş ərazilərdəki bütün sular dövlət nəzarətindədir. Biz Qarabağda avtomat hidroloji stansiyasının tikintisini planlaşdırırıq”.

Şöbə rəisi, həmçinin bildirib ki, bu cür stansiyalar Araz və Oxçuçaya kimi trans-sərhəd çaylarında, eləcə də Tərtər, Köndələnçay, Həkəri, Xatınçay və bir sıra digər çaylar üzərində salınacaq: “Zərurət halında stansiyaların sayını artıracağıq. Bu stansiyaların tikintisi üzrə işlər dövlət büdcəsi hesabına aparılır və Nazirlər Kabinetinin layihələrindən birinin tərkib hissəsidir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma