Mis məhsulları üzrə ixrac rüsumu dərəcələri daha üç il qüvvədə qalır

Saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin qüvvədə olma müddəti 2024-cü ilin sonunadək uzadılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2021-ci il 11 oktyabr tarixli 303 nömrəli Qərarı saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur.

2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 dollarından az olmamaqla təsbit olunub.

Leave a Reply