Hansı enerji içkilərinə qadağa qoyulur?

Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda, həmin içkilər də enerji içkisi sayılır.

Məlum olduğu kimi, 2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə enerji içkilərinin minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyi həmin məhsulların qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və istehsalında istifadə olunan xammal və materiallara dair tələbləri əks etdirən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə tənzimlənir.

Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilər, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilər  bura şamil olunmur. Həmçinin tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.

Bununla bağlı olaraq, Agentlik öz funksional vəzifə səlahiyyətləri çərçivəsində monitorinqlər, yoxlama nəzarət tədbirləri həyata keçirir. Vətəndaşlar bu sahədə hər hansı çatışmazlıqlarla rastlaşdıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma