Birgə maliyyələşdirmə proqramı üzrə 1044 şəxs işlə təmin edilib

İşlə təmin edilənlərin əksəriyyəti şəhid ailəsi üzvləri və qazilər, əlilliyi olanlardır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sentyabr ayında daha 104 şəxsə iş yerlərinə göndəriş verib.

Ümumilikdə proqram üzrə verilən göndərişlərin sayı isə 1044-ə çatıb. İşlə təminat üçün göndəriş verilənlərin əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir.

Proqram üzrə artıq 366 nəfərlə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və  əmək fəaliyyətinə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 2 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma