Şirin qarğıdalı çubuqları istehsalı edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Tərtrərdə antisanitar şəraitdə şirin qarğıdalı çubuqları istehsalı edən müəssisəsinin fəaliyyəti məhdudlsaşdırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan vətəndaş müraciəti əsasında Tərtər rayonu, Ədalət Paşayev küçəsində fəaliyyət göstərən, sahibkar Həsənov Anar Mehman oğluna məxsus şirin qarğıdalı çubuqları istehsalı müəssisəsinə baxış keçirib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativ aktların tələblərinə cavab vermədiyi məlum olub.

Belə ki, xammal olaraq istifadə edilən qarğıdalı unu, rəngləndirici maddələr, vanil və saxarozanın müvafiq müşayiətedici sənədlərlə təmin olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi aşkar olunub.

Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma