Bakıda beynəlxalq rəqəmsal bankçılıq forumu keçiriləcək

ONSITE-V International Banking Forum (IBF)-8-9 dekabr tarixlərində Bakıda keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə sessiyalar və sərgi sahəsi ilə yanaşı onlayn çıxışlar və onlayn iştirak imkanıda yaradılacaq.

IBF və FINTEX Zirvəsi Azərbaycanda yalnız bank rəhbərlərinin iştirak etdiyi maliyyə tədbiridir. Forum tənzimləyicilərin, fintech, assosiasiyaların yüksək rəhbərliyini, beynəlxalq maliyyə qurumlarının, yerli səfirliklərin nümayəndələrini, akademikləri, tanınmış şirkətləri, qərar qəbul edənləri və təsir edənləri bir araya gətirir.

Forumun əsas müzakirə mövzuları: “Rəqəmsal Bank”, “Hər Cihazda Bankçılıq”, “Platforma Bankçılığı və Rəqəmsal Ekosistemlər”, “İnnovativ Ödəniş Ekosistemi”, “Rəqəmsal Valyutalar: Mərkəzi Banklara getməyin yolu”, “Blockchain Texnologiyası: Maliyyə xidmətlərində pozucu layihələr”, “İnkişaf edən Elektron Ticarət: Tələbi Artırmaq”, “Uyğunluğa diqqət yetirmək”, “Məsafədən Bankçılıq: Təhlükəsiz Doğrulama”, “Yeni reallıqlar: Yeni Kiber Təhlükəsizlik Trendləri” tematik sessiyalar olacaq.

Leave a Reply